22 mart 2025  ARHD.AZ

ABŞ Ermənistan və Türkiyənin Suriya üçün sərhədi açmasını alqışlayır


ABŞ Ermənistan və Türkiyənin “Marqara” – “Alican” sərhədini Suriya xalqına yardım üçün müvəqqəti açmasını alqışlayır.

“ARHD.AZ” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono sosial şəbəkədə yazıb.

“ABŞ Ermənistan və Türkiyə arasında Suriya xalqına humanitar yardım göstərmək üçün “Marqara” – “Alican” sərhəd keçidinin müvəqqəti açılması ilə bağlı əməkdaşlığı alqışlayır. Bu, Cənubi Qafqazda əməkdaşlığın bütün regiona fayda verdiyini göstərir”, – Bono qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Türkiyə vasitəsilə Suriyaya humanitar yardımın daşınması üçün martın 21-dən 31-dək Ermənistan – Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsini açacağını bildirmişdi.

Baxış sayı: 6 544

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə