Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

London, 22 mart, ARHD.AZ



Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək


Böyük Britaniya gələn həftə Ukraynada mümkün sülhməramlı qüvvələrinin yaradılması ilə bağlı planları sürətləndirməyi planlaşdırır.

ARHD.AZ “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Baş nazir Kir Starmerin sözçüsü məlumat verib. Bildirilib ki, Londondakı “Northwood” hərbi bazasında yerləşən Britaniya hərbi planlaşdırıcıları gələn həftə bir araya gələrək sülhməramlı qüvvələrin necə fəaliyyət göstərə biləcəyi və onun strukturu ilə bağlı müzakirələr aparacaqlar.

“Biz daha dərindən təhlillər apararaq, növbəti görüşlərlə əməliyyat planlaşdırılmasının sürətini və miqyasını artırmağa davam edəcəyik”,- deyə Baş nazirin sözçüsü vurğulayıb.

Baxış sayı: 6 579

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə