ABŞ və Ukrayna prezidentləri telefonla danışıblar

Vaşinqton, 19 mart, ARHD.AZ


Ukrayna Prezidenti Zelenski ilə çox yaxşı telefon danışığımız oldu.

ARHD.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, danışığın təxminən bir saat davam etdiyini bildirib.

“Müzakirə əsasən həm Rusiyanın, həm də Ukraynanın istək və tələblərini uyğunlaşdırmaq üçün idi. Danışıqlar dünən Prezident Putinlə edilən zəng əsasında aparıldı. Biz doğru yoldayıq. Mən dövlət katibi Marko Rubiodan və milli təhlükəsizlik müşaviri Maykl Valsdan müzakirə olunan məqamların dəqiq izahını vermələrini xahiş edəcəyəm. Həmin bəyanat tezliklə yayımlanacaq”, - deyə Tramp bildirib.

Baxış sayı: 3 519

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə