Valentina Matviyenko: Xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır

Bakı, 17 mart, ARHD.AZ


Müasir dünyada baş verən bütün mürəkkəb proseslərə baxmayaraq, xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır.

ARHD.AZ xəbər verir ki, bunu martın 17-də Bakıda keçirilən Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclasının açılış mərasimində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

Valentina Matviyenko qeyd edib ki, Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikası Milli Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası Komissiyası parlamentarilər arasında müntəzəm, birbaşa dialoqun qurulmasında, gələcək fəaliyyət planlarının əlaqələndirilməsində, birgə işin yol xəritəsinin tərtib olunmasında mühüm rol oynayırlar”.

Baxış sayı: 1 524

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə