15 mart 2025  ARHD.AZ

Yaşar Gülər: Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur


Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur.

“ARHD.AZ” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “18 Mart Şəhidlərini anma günü və Çanaqqala Zəfəri”nin 110-cu ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, terrorla mübarizə uzun illər ölkəsinin prioritetlərindən olub: “Türkiyə Silahlı Qüvvələri tarix boyu olduğu kimi ölkənin birlik və bütövlüyünə qarşı istənilən təhdidə qarşı böyük əzmlə mübarizə aparır, üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Təhlükəsizlik qüvvələrinin hərtərəfli mübarizəsi və əməliyyatları sayəsində terror təşkilatlarının fəaliyyəti məhdudlaşıb. Artıq həlledici mərhələyə daxil olmuşuq” .

Y.Gülər qeyd edib ki, terrorçular harada olmalarından asılı olmayaraq, silahlarını dərhal və qeyd-şərtsiz yerə qoymalıdırlar:

"Son məqsədimiz terrora son qoymaq, silahlı qrupları tamamilə ləğv etmək və ölkəmizə qarşı bütün təhdidləri aradan qaldırmaqdır. Ona görə də təxribata və sui-istifadəyə yol verilməyəcək, ehtiyatlı və rasional yanaşma əsas götürüləcək”.

Baxış sayı: 4 539

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə