Vayra Vike-Frayberqa: İqlimlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır

Bakı, 15 mart, ARHD.AZ

Dünyada baş verən hər bir proses qadınlara təsir edir. Əgər nəyi isə təkmilləşdirmək istəyiriksə, qadınların dəstəyini almalıyıq.

ARHD.AZ xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gender-Təhlükəsizlik-İqlim Bağlantısı” adlı panel iclasında Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa səsləndirib.

Müharibə və digər fəlakətlərin hər birinin qadınlara təsir etdiyini deyən sabiq Prezident qeyd edib ki, üstəlik, bu təsir qeyri-mütənasib şəkildə baş verir.

O bildirib ki, dünyanın müəyyən bölgələrində coğrafi yerləşmə səbəbindən insanlar risk altında yaşayırlar. Lakin qadınlar bu risklərə daha çox məruz qalırlar. “Qida məhsullarının çatışmazlığı qadınlara daha çox təsir edir. Kənd təsərrüfatı sahəsində çalışan qadınlar daha kasıbdır və onlar su çatışmazlığı kimi problemlərlə üzləşirlər. Bu sahədə çalışan qadınlar çox vaxt məcbur olub suya görə uzun məsafələr qət edirlər. Bu zaman isə daha böyük təhlükələrlə üz-üzə qalırlar”, - deyə o əlavə edib.

Vike-Freyberqa vurğulayıb ki, bu məsələlərlə bağlı maarifləndirmə kampaniyaları daha geniş və intensiv olmalıdır: “Cəmiyyətə izah etməliyik ki, bu, sadəcə şüar deyil – biz real təsirlərə nail olmaq üçün çalışırıq”.

Baxış sayı: 4 380

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə