14 mart 2025 22:12  ARHD.AZ

Peter Siyarto: Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması istiqamətində inkişafı məmnuniyyətlə qarşılayırıq


Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin hazırlanması istiqamətində inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək bir sülh müqaviləsi ilə nəticələnəcək.

“ARHD.AZ” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində yazıb.

“Ukraynada davam edən müharibədən başqa, təəssüf ki, dünyada hələ də kifayət qədər münaqişə var. Lakin onlardan biri hazırda görünən odur ki, həll olunmağa doğru gedir. Azərbaycan və Ermənistan arasındakı münaqişəyə son qoya biləcək sülh sazişinin mətninə bu gün azərbaycanlı həmkarım və dostum Ceyhun Bayramovdan aldığım məlumata əsasən, razılıq əldə olunub. Təbii ki, bu, hələlik sülh prosesinin sonu demək deyil, lakin Cənubi Qafqaz regionunda yaşayan insanların dinc və sakit həyat imkanını yenidən qazanması üçün çox vacib bir addımdır.

Bu inkişafı məmnuniyyətlə qarşılayırıq və ümid edirik ki, razılaşma gerçək sülh müqaviləsi ilə nəticələnəcək”, - P.Siyarto qeyd edib.

Baxış sayı: 5 445

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə