ÜST-nin direktoru: ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir

Bakı, 13 mart, ARHD.AZ

“Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir”.

ARHD.AZ xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumunun “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir: “Lakin biz yeganə təşkilat deyilik. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada, xüsusilə Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.

“ABŞ-dan gələn resurslar ölkələrdə fövqəladə halların idarə edilməsinə kömək edir. Maliyyə dayansa, bu, sözsüz ki, çox böyük problemlərə səbəb olacaq. Fövqəladə hallara hazırlıq zəifləyərsə, bir çox xəstəliklərə vaxtında müdaxilə etmək mümkün olmayacaq. ABŞ islahatlar istəyirsə, biz bütün islahatlara açığıq”, - deyə o əlavə edib.

Baxış sayı: 3 510

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə