Yunanıstanın sabiq xarici işlər naziri Azərbaycanı sabitləşdirici amil adlandırıb

Bakı, 13 mart, ARHD.AZ

Avropa İttifaqında bir çox məsələlərdə birlik yoxdur və bu, onları parçalayır, millətçiliyi genişləndirir. Avropa ekzistensial böhrandadır.

ARHD.AZ xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Yunanıstan Baş nazirinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulos deyib.

Paneldə bir neçə münaqişə barədə danışdıqlarını qeyd edən Dimitris Avramopoulos Avropada 400 milyon insanın miqrant olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanı da sabitləşdirici amil adlandıraraq Qlobal Bakı Forumunun dünyada ən böyük tədbirlərdən birinə çevrildiyini bildirib.

Dimitris Avramopoulos BMT-nin əvvəlki kimi güclü olmadığını, dərin böhran yaşadığını diqqətə çatdıraraq deyib: "Ümid edirəm ki, təşkilat tezliklə bu böhrandan çıxa biləcək".

Baxış sayı: 6 380

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə