Şimali Makedoniya Prezidenti: Qlobal Bakı Forumunda ən mühüm regional və qlobal problemlər müzakirə edilir

Bakı, 13 mart, ARHD.AZ

Azərbaycanın qonaqpərvərliyi həm də son illərdə ən mühüm beynəlxalq platformalardan birinə çevrilmiş Qlobal Bakı Forumu vasitəsilə beynəlxalq miqyas alır.

ARHD.AZ xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti xanım Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.

“Qlobal Bakı Forumu ən mühüm regional və qlobal problemlərin həlli yollarını müzakirə edir. Bu, bəzilərinin dönüş nöqtəsi olacağını gözlədiyi 2025-ci ildə xüsusilə çox əhəmiyyət kəsb edir”, - deyə Şimali Makedoniya Prezidenti vurğulayıb.

Baxış sayı: 4 516

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə