Latviyanın sabiq Prezidenti: Xll Bakı Qlobal Forumu iştirakçıların Azərbaycanı tanıması üçün gözəl fürsətdir VİDEO

Bakı, 12 mart, ARHD.AZ



Latviyanın sabiq Prezidenti: Xll Bakı Qlobal Forumu iştirakçıların Azərbaycanı tanıması üçün gözəl fürsətdir


“Bakıda keçiriləcək XII Bakı Qlobal Forumunda 400-ə yaxın iştirakçı gözlənilir və bu, onların Azərbaycanı tanıması üçün gözəl fürsətdir”.

ARHD.AZ xəbər verir ki, bunu Latviyanın sabiq Prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa XII Bakı Qlobal Forumunun İdarə Heyətinin mətbuat konfransında deyib.

O qeyd edib ki, ölkələr arasındakı münaqişələr mülki infrastrukturun dağıdılmasına, insanların qətlə yetirilməsinə səbəb olur: “Forumda bütün bu məsələlərin müzakirə olunacağına və həll yolları axtarılacağına inanıram.

Keçən ilin payızında dünyanın diqqətini özünə cəlb edən COP29-da aparılan müzakirələrin problemlərin həllinə necə müsbət təsir göstərə biləcəyini gördük. Beləliklə, forum dünyanın müxtəlif yerlərindən olan iştirakçıların çox geniş şəkildə müzakirələr apara biləcəyi platforma olacaq”.

Baxış sayı: 4 534

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə