Volodimir Zelenski Londona səfər edib

London, 1 mart, ARHD.AZ


Volodimir Zelenski Londona səfər edib


Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Londonda görüşəcəklər.

ARHD.AZ xəbər verir ki, Ukrayna nümayəndə heyətini daşıyan təyyarə artıq London Stansted hava limanına eniş edib. Bu görüş sabah Londonda keçiriləcək Avropa liderlərinin sammiti ərəfəsində baş tutur.

Starmer və Zelenski arasındakı bugünkü görüşdə Ukraynadakı mövcud vəziyyət və Avropanın dəstəyinin gücləndirilməsi yolları müzakirə ediləcək. Sabah keçiriləcək bu görüş Ukraynaya dəstəyin artırılması məsələlərinin müzakirə ediləcəyi sammit öncəsi mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, fevralın 28-də V.Zelenski ABŞ-a səfəri zamanı Prezident Donald Tramp və vitse-prezident J.D.Venslə görüşüb. Prezidentlər arasındakı gərginliklərdən sonra V.Zelenski Ağ evi tərk edib və nəticədə nadir torpaq metallarına dair saziş imzalanmayıb.

Baxış sayı: 4 508

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə