
Bakı, 27 fevral, ARHD.AZ
BMTM-in sədri: İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə ittifaqının effektivliyini sübut etdi
İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə ittifaqının effektivliyini sübut etdi. Nəticə etibarilə bu, Mərkəzi Asiya ölkələri üçün də model oldu.
ARHD.AZ xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Belqradda keçirilən “Cənubi Qafqaz: Əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən dəyirmi masada söyləyib.
O bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr ortaq irsə malikdir, lakin təşkilatın fəaliyyəti heç bir ölkəyə və ya geosiyasi aktora qarşı yönəlməyib. Əksinə, bu təşkilata üzv ölkələr mühüm geoiqtisadi layihələrin reallaşdırılmasına töhfələr verir və qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. Xüsusilə Qazaxıstan və Özbəkistan Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlıq əlaqələrini genişləndirməyə başlayıb.
F.Şəfiyev, həmçinin cari geosiyasi proseslər fonunda Orta Dəhlizin artan aktuallığına və əhəmiyyətinə, həmçinin Bakı-Tbilisi Qars dəmir yolunun, bir zamanlar skeptik yanaşılan TANAP, TAP layihələrinin Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət çəkib.