
Bakı, 27 fevral, ARHD.AZ
Avropa anbarlarında qaz ehtiyatları 40 faizdən aşağı enib
Avropanın yeraltı anbarlarda qaz ehtiyatları son üç ildə ilk dəfə 40 faizdən aşağı enib.
ARHD.AZ xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, fevralda anbarlardan qaz götürülməsi son dörd ildə bu ay üçün ən yüksək həddə çatıb. Havaların isti keçməsi ilə əlaqədar anbarlarına qaz vurulmasının həcmi də artıb. Fevralın 25-də Avropa İttifaqı ölkələrinin anbarlarından qazın götürülməsi 452 milyon kubmetr, vurulması isə 43 milyon kubmetr təşkil edib. Cari ayda qaz istehlakının yüksək tempi fonunda yeraltı anbarlarda 44,3 milyard kubmetr (39,93 faiz) yanacaq qalıb. Ötən mövsüm Avropa anbarlarından qaz çıxarılması 2024-cü il martın 31-də 58,44 faiz ehtiyatın qaldığı vaxt başa çatmışdı.
Avropada istilik mövsümü 2024-cü il oktyabrın 29-da - əvvəlki payız-qış mövsümündən 10 gün tez başlayıb və o vaxtdan bəri Avropa ölkələri anbarlardan 65 milyard kubmetrdən çox qaz götürülüb.
Regionda bu həftənin birinci yarısı kifayət qədər isti keçsə də, həftəsonu temperaturun bir qədər aşağı düşəcəyi proqnozlaşdırılır. Avropa İttifaqının elektrik enerjisi istehsalında külək enerjisinin payı fevralda cəmi 13 faiz olub, yanvarda isə bu göstərici 21 faiz təşkil edib. 2024-cü ilin dekabrında Avropa birjasında min kubmetr qaz orta hesabla 489 dollara, cari ilin yanvarında 518 dollara, fevralda isə 548 dollara satılıb.
Fevral ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması rekord səviyyəyə yüksələrək maksimum gücün 54 faizinə çatıb.