Türkiyə rəhbərliyi Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatacağına inanır


February 27, 2025 02:03 ARHD.AZ

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda sona çatacağına ümid etdiyini açıqlayıb.

“ARHD.AZ” xəbər verir ki, bu barədə ölkənin baş diplomatı Qətərin “Al Jazeera” telekanalına verdiyi müsahibəsində bildirib.

“Düzünü desək, Ukraynadakı müharibə ilə bağlı biz onun başa çatması üçün əlamətlər görürük”, – Fidan qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə yaxın aylarda bu istiqamətdə real addımlar atılmasını gözləyir və əlavə edib: “Yaydan əvvəl biz konkret bir şey görəcəyik”.

Nazir yaxın vaxtlarda böhrandan çıxmağa səbəb ola biləcək addımların atılacağına inandığını söyləyib.

Baxış sayı: 3 237

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

infoagency@arhd.az

Məzənnə