Bakı, 26 fevral, ARHD.AZ


Xarici işlər nazirinin müavini Cenevrədə bir sıra görüşlər keçirib, əməkdaşlıq imkanları müzakirə olunub


Fevralın 23-26-da Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksəksəviyyəli seqmentində iştirak etmək məqsədilə Cenevrə şəhərində işgüzar səfərdə olub.

Xarici İşlər Nazirliyindən ARHD.AZ-a verilən məlumata görə, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasının yüksəksəviyyəli seqmentində çıxış edib, habelə bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlər keçirib.

Səfər çərçivəsində nazir müavini, həmçinin Qvatemalanın xarici işlər naziri Karlos Ramiro Martinez Alvarado, Şri-Lankanın xarici işlər naziri Vijita Hert, Maldivin xarici işlər naziri Abdulla Xəlil, Nepalın xarici işlər naziri Arzu Rana Deuba, Kosta-Rikanın xarici işlər nazirinin müavini Alehandro Solano Ortiz, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Nura Zaid Alrşud ilə görüşlər keçirib.

Görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlərdən irəli gələn məsələlər, postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin yenidənqurma və sülh səyləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz və bu çərçivədə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşlər zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 458

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə