Bakı, 25 fevral, ARHD.AZ


Qarabağ və Şərqi Zəngəzurda məşğulluğun təminatı sahəsində görüləcək işlər müzakirə olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin, SOCAR, “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “AzərEnerji” ASC, “Tikinti İşlərinə Texniki Nəzarət Xidməti” MMC və “AS İnşaat” MMC-nin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışıb, işğaldan azad edilmiş ərazilərimizdə icra olunan məşğulluq proqramlarının mütəmadi olaraq genişləndirildiyini qeyd edib. O, məşğulluq proqramlarının uğurlu icrasında, həmin ərazilərdə məşğulluq səviyyəsinin artırılmasında işəgötürənlərlə fəal əməkdaşlığın önəmini diqqətə çatdırıb.

Həmin ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluğunun təmin olunması üçün işəgötürənlərlə görülən işlərin nəticələri, bu istiqamətdə onlarla birgə görüləcək işlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Baxış sayı: 6 547

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə