“Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər haqqında” 4-MKT №-li (rüblük) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 21 dekabr tarixli 43/09 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ
QƏRAR
№ 5/09
Bakı şəhəri
14 fevral 2025-ci il
“Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər haqqında” 4-MKT №-li (rüblük)
rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 21
dekabr tarixli 43/09 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında
Əsasnamə”nin 9.6-cı və 14.4-cü bəndlərini rəhbər tutaraq, “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi
məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il
20 dekabr tarixli 256 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 dekabr tarixli 679s nömrəli Sərəncamının 2
ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsi
qərara alır:
1. “Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər haqqında” 4-MKT №-li
(rüblük) rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 21
dekabr tarixli 43/09 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərarla təsdiq edilmiş “Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər
haqqında” 4-MKT №-li (rüblük) rəsmi statistika hesabatı fоrmаsı üzrə:
1.1.1. “II bölmə. İlin əvvəlindən verilmiş birdəfəlik müavinətlər və kompensasiyalar”
bölməsinin adından “və kompensasiyalar” sözləri, həmin bölmə üzrə cədvəlin 1-ci
sütununun adından “, kompensasiya” sözü, 2-ci və 3-cü sütunlarının adlarından “,
kompensasiyanın” sözü çıxarılsın və 07-1-ci sətri ləğv edilsin;
1.1.2. “V bölmə. İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə birdəfəlik
müavinətlərə və kompensasiyalara dair məlumatlar” bölməsinin adından “və
kompensasiyalara” sözləri, həmin bölmə üzrə cədvəlin 1-ci sütununun adından “,
kompensasiya” sözü çıxarılsın, 12-1-ci və 12-2-ci altsütunlardan ibarət “valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan
şəxslərə ilk dəfə işə düzələn zaman paltar, ayaqqabı, yumşaq inventar və avadanlıq
əvəzinə verilən pul kompensasiyası” sütunu ləğv edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş “Sosial müavinətlər, kompensasiyalar və təqaüdlər
haqqında” 4-MKT №-li (rüblük) rəsmi statistika hesabatı formasının doldurulmasına dair
göstəriş” üzrə:
1.2.1. “2.2. II bölmə. İlin əvvəlindən verilmiş birdəfəlik müavinətlər və
kompensasiyalar” bölməsinin adından “və kompensasiyalar” sözləri, mətn hissəsinin
birinci cümləsindən “, kompensasiya” sözü, (hər iki halda) “, kompensasiyanın” sözü,
ikinci cümləsindən “, kompensasiyanın” sözü çıxarılsın;
1.2.2. “2.5. V bölmə. İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə birdəfəlik
müavinətlərə və kompensasiyalara dair məlumatlar” bölməsinin adından “və
kompensasiyalara” sözləri, 2.5.1-ci yarımbəndinin birinci cümləsindən “, kompensasiya”
sözü, “, kompensasiyanın” sözü, 2.5.2-ci və 2.5.3-cü yarımbəndlərindən “, 12-1-ci” sözləri
çıxarılsın.
2. Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Aparatın Sosial statistika şöbəsinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri
həll etsin.
4. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji
planlaşdırma şöbəsinə həvalə edilsin.
Sədr
Tahir Budaqov