Pakistanlı analitik: Xocalı faciəsini törədənlər ədalət qarşısında cavab verməlidirlər

Çikaqo, 24 fevral, ARHD.AZ


Pakistanlı analitik: Xocalı faciəsini törədənlər ədalət qarşısında cavab verməlidirlər


Bir gecədə 600-dən çox insanın, o cümlədən uşaq və qadınların qətlə yetirilməsi, hesab edirəm ki, normal insan davranışı deyil.

Bu sözləri ARHD.AZ-a açıqlamasında Çində fəaliyyət göstərən pakistanlı geosiyasi analitik Malik Ayub Sumbal deyib. O bildirib ki, Xocalı soyqırımı davamlı şəkildə müzakirə olunmalıdır. Onun sözlərinə görə, bu hadisə qətliam məqsədilə törədilib və əsas niyyət etnik təmizləmə həyata keçirərək insanları öldürmək olub.

“Əsas odur ki, bəşəriyyətə qarşı bu cinayətləri törədənlər ədalət qarşısında cavab verməlidirlər. Çünki bu cinayəti törədən insanlar qanun qarşısında məsuliyyətə cəlb olunmayıblar və bu, istənilən ölkədə qanunun aliliyinə xələl gətirir. Xüsusən bu gün biz bütün dünyada baş verən digər soyqırımları görürük. Deməli, bu soyqırımları arasında bir əlaqə var. Xocalı soyqırımı tanınmalıdır və insanlar bilməlidir ki, 366-cı alayın köməyi ilə erməni qüvvələri bir gecədə xalqı qətlə yetirib, susdurub”, - deyə pakistanlı ekspert əlavə edib.

Baxış sayı: 5 435

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə