Bakı, 23 fevral, ARHD.AZ


Polis əməkdaşları gücləndirilmiş rejimdə xidməti davam etdirirlər


Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gün ərzində davam etdirilib, yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, park və xiyabanlarda piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədilə cəlb edilmiş əlavə naryadlar tərəfindən lazımi kömək göstərilib.

Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda davam etdirilir.

Baxış sayı: 6 341

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə