Çin hipersəs raketləri daşıya bilən hücum sualtı gəmisi qurur

Bakı, 23 fevral, ARHD.AZ


Çin hipersəs raketləri daşıya bilən hücum sualtı gəmisi qurur


Çin Asiya-Sakit Okean regionunda artan xarici mövcudluğa qarşı hipersəs raketləri daşıya biləcək hücum sualtı gəmisi qurur.

ARHD.AZ  xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Bununla yanaşı, Çin Xalq Azadlıq Ordusu hələ bu yeni növ sualtı gəminin tikintisini rəsmən təsdiqləməyib. Lakin müxtəlif mənbələrdə, o cümlədən Çin Dövlət Gəmiqayırma Korporasiyasına aid olan "Naval & Merchant Ships" jurnalında bu sualtı gəmi barədə məlumatlar yer alır ki, bu da onun yaradılmasını dolayısıyla təsdiqləyir.

Sualtı gəminin ən müasir hipersəs raketləri ilə silahlanacağı və digər hərbi güclərlə koordinasiya edərək düşmənin hava gəmiləri və hərbi bazalarına qarşı strateji müdafiə mövqeyi gücləndirəcəyi bildirilir.

Baxış sayı: 6 552

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə