ABŞ BMT-dən çıxmaq istiqamətində ilk addım atıb

Bakı, 21 fevral, ARHD.AZ


ABŞ BMT-dən çıxmaq istiqamətində ilk addım atıb


Respublikaçı senatorlar ABŞ-ın BMT-dən tamamilə çıxması haqqında qanun layihəsi təqdim ediblər.

ARHD.AZ xəbər verir ki, bu barədə layihə müəlliflərindən biri olan Mayk Linin saytında dərc olunmuş sənədin mətnində deyilir. Layihədə qeyd olunur ki, Prezident Birləşmiş Millətlər Təşkilatına və ona rəsmi şəkildə bağlı olan bütün orqanlara, ixtisaslaşmış qurumlara, komissiyalara və digər orqanlara Birləşmiş Ştatların üzvlüyünü ləğv etməlidir.

Qanun layihəsi BMT və onun agentlikləri üçün maliyyənin kəsilməsini, ölkənin təşkilatın sülhməramlı missiyalarında iştirakdan imtinasını, Senatın razılığı olmadan ona yenidən daxil olmağın qadağan edilməsini nəzərdə tutur.

Senator Li “Fox” telekanalına deyib ki, təşkilat “ABŞ və onun müttəfiqlərinə hücum etmək” üçün “tiranların platformasına” çevrilib. O, Vaşinqtonun maraqlarını zərbə altında qoyan, Birləşmiş Ştatların əleyhdarlarını gücləndirmək üçün pul xərcləyən BMT-nin maliyyələşdirilməsinə son qoymağa çağırıb.

Mayk Li, həmçinin BMT-nin bu illər ərzində bütün diqqət və pula baxmayaraq, müharibələrin, insan hüquqlarının pozulmasının və pandemiyaların qarşısını ala bilmədiyini də vurğulayıb.

Baxış sayı: 5 447

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə