Astana, 20 fevral, ARHD.AZ


Astanada Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirlərinə dair saziş layihəsi müzakirə edilib


Astanada Xəzəryanı dövlət nümayəndələrinin iştirakı ilə Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirlərinə dair saziş layihəsi üzrə danışıqların dördüncü mərhələsi keçirilib.

ARHD.AZ Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənəd Qazaxıstan tərəfindən hazırlanıb və 2018-ci il avqustun 12-də Mangistau əyalətinin Aktau şəhərində keçirilmiş Beşinci Xəzər Sammitinin yekunlarına dair Xəzəryanı ölkə rəhbərləri arasında əldə edilən razılaşmaların icrasına yönəlib.

Saziş layihəsi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin həyata keçirilməsini nəzərdə tutur.

Baxış sayı: 5 672

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə