Səfir: Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb

Bakı, 20 fevral, ARHD.AZ


Səfir: Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb


“Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksəksəviyyəli əlaqələrdən məmnunluğumu ifadə etməkdən şərəf duyuram. Siyasi əlaqələrdən bəhs edərkən qeyd etmək lazımdır ki, iki ölkə arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi sahəsində, həmçinin BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək əməkdaşlıq və koordinasiya mövcuddur”.

ARHD.AZ xəbər verir ki, bu sözləri Küveytin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairi ölkəsinin 64-cü Milli Günü və 34-cü Qurtuluş Gününün ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.

"Turizm sahəsindən bəhs edərkən görə bilərik ki, Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb. Belə ki, 2024-cü il ərzində Azərbaycana gələn küveytli turistlərin sayı əvvəlki illərə nisbətən daha da artaraq 31 min 400 nəfərə yaxın olub. Əlavə etmək istərdim ki, hazırda ölkələrimiz arasında həftədə 4 aviareys həyata keçirilir", - deyə səfir vurğulayıb.

Baxış sayı: 4 555

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə