Azərbaycanın parlament nümayəndə heyəti ATƏT PA prezidenti ilə görüşüb

Vyana, 20 fevral, ARHD.AZ


Azərbaycanın parlament nümayəndə heyəti ATƏT PA prezidenti ilə görüşüb


Fevralın 20-21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 24-cü qış sessiyası işə başlayıb.

ARHD.AZ xəbər verir ki, Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov fevralın 20-də sessiya çərçivəsində ATƏT PA-nın prezidenti Pia Kauma ilə görüşüb.

Milli Məclisin PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və ATƏT PA-nın Baş katibi Roberto Montellanın da iştirak etdikləri görüşdə ATƏT PA-nın gündəliyində olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baxış sayı: 5 467

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə