Bəhreyn Krallığı 2026-cı ilə qədər Asiya Parlament Assambleyasına rəhbərlik edəcək

Bakı, 19 fevral, ARHD.AZ


Bəhreyn Krallığı 2026-cı ilə qədər Asiya Parlament Assambleyasına rəhbərlik edəcək


İran İslam Respublikası və Bəhreyn Krallığı 2026-2027-ci illər üçün namizədliklərini təqdim ediblər. İcraçı Katiblik və Asiya Parlament Assambleyası (APA) rəhbərliyi tərəfindən bu namizədliklər təsdiqlənib. Razılaşmaya əsasən, Bəhreyn Krallığı 2026-cı ilə qədər APA-ya rəhbərlik edəcək, İran İslam Respublikası isə 2027-2028-ci illərdə prezidentlik vəzifəsini icra edəcək. İran, eyni zamanda, APA-nın Daimi Komitəsində vitse-prezident kimi fəaliyyət göstərəcək. Belarus Respublikası təşkilatda müşahidəçi statusu əldə edir.

ARHD.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev APA-nın 15-ci plenar sessiyasında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Asiya Parlament Assambleyası çərçivəsində keçirilən plenar sessiyada 300 min məcburi köçkünün öz evlərinə qayıdışı ilə bağlı məsələlər diqqət mərkəzindədir: “APA bu istiqamətdə sülh və sabitlik siyasətini dəstəklədiyini bir daha vurğulayır və müvafiq tədbirlərin həyata keçirilməsi üçün səylərini davam etdirəcək”.

O, APA-nın fəaliyyəti ilə bağlı 2024-2025-ci illərdə müxtəlif sahələrdə görülən işlər barədə geniş məlumat verib. Həmçinin qurumun regional və beynəlxalq müstəvidə aktiv fəaliyyətini qeyd edərək deyib: “APA bölgədə sülhün və əməkdaşlığın gücləndirilməsi, habelə münaqişələrin diplomatik yollarla həll olunması üçün fəaliyyətini davam etdirəcəyini bir daha bəyan edir”.

Baxış sayı: 5

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə