Ankara, 19 fevral, ARHD.AZ


Türkiyəli deputat: Zəngəzur dəhlizi Türkiyənin geosiyasi mövqeyini gücləndirəcək


Türkiyənin Azərbaycanla həmsərhəd olan İqdır vilayətinin hakimiyyət orqanları Ankaranın türk ölkələri ilə əməkdaşlığı istiqamətində yeni bir stimul olacaq tarixi İpək Yolu marşrutunu bərpa etmək üçün bütün səylərini əsirgəmir.

ARHD.AZ xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) İqdır vilayətindən olan deputatı Cantürk Alagöz sosial şəbəkələrdə yazıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) millət vəkili Zəngəzur dəhlizinin tezliklə açılmasının vacibliyini vurğulayıb.

“Zəngəzur dəhlizindən istifadə Avropa ilə Asiya arasında fasiləsiz ticarət və kommunikasiya marşrutu yaratmaqla Türkiyənin geosiyasi mövqeyini gücləndirəcək”, - deyə Alagöz bildirib.

Bu arada, “Yeşil Iğdır” qəzeti türkiyəli ekspertlərin fikrinə istinadla yazıb ki, Azərbaycandan Türkiyəyə yeni dəhlizin açılması Şərqi Anadolunun iqtisadi potensialının tam reallaşmasına imkan verəcək və ölkənin bu hissəsində əhalinin sayının artmasına səbəb olacaq.

Baxış sayı: 6 536

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə