İtaliyanın sabiq Baş naziri: Tezliklə Avropada təhlükəsizliyi təmin etmək üçün tək qalacağıq

Roma, 18 fevral, ARHD.AZ


İtaliyanın sabiq Baş naziri: Tezliklə Avropada təhlükəsizliyi təmin etmək üçün tək qalacağıq


Tezliklə biz Ukrayna və Avropada təhlükəsizliyi təmin etmək üçün böyük ölçüdə tək qalacağıq.

ARHD.AZ xəbər verir ki, bu sözləri İtaliyanın sabiq Baş naziri, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri Mario Draqi Avropa Parlamentindəki çıxışında deyib.

“Avropa İttifaqının proseslərə reaksiyası sürətli və genişmiqyaslı olmalıdır. Avropa vahid bir dövlət kimi çıxış etməlidir. Çünki zaman bizim tərəfimizdə deyil, Avropa iqtisadiyyatı durğunlaşır, dünyanın böyük hissəsi isə böyüyür”, - deyə Mario Draqi bildirib.

O qeyd edib ki, Aİ ölkələri daxili maneələri aradan qaldırmalı, milli tənzimləmələri standartlaşdırmalı, uyğunlaşdırmalı və sadələşdirməli və daha çox kapitala əsaslanan bazara təkan verməlidirlər: “Çətinliklər öz miqyasına uyğun olmalıdır. Gələcək artımı təmin edəcək sektorlara diqqət yönəldilməlidir. Qarşıdakı dövrdə sürət, miqyas və intensivlik daha vacib olacaq”.

Baxış sayı: 4 334

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə