Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Mübarək Ramazan ayında İslam inanclı 200 milyon hindistanlı dünyadakı qardaş və bacılarına qoşularaq oruc tutub və dua edib.

Ramazan bayramı təfəkkür, şükür və birlik bayramıdır. Bu bayram qlobal birliyin üzvləri olaraq bizi birləşdirən mərhəmət, alicənablıq və həmrəylik dəyərlərini əks etdirir.

Bu əlamətdar bayram münasibətilə bütün dünya xalqlarına cansağlığı, xoşbəxtlik, sülh və harmoniya arzulayırıq. Qoy ölkələrimiz arasında dostluq əlaqələri daha da möhkəmlənsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 


Narendra Modi

Hindistan Respublikasının Baş naziri

Baxış sayı: 5 543

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə