Bakı, 23 iyul, ARHD.AZ



İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib


“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.

Bu barədə ARHD.AZ-a Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, İstanbul şəhərində keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inama, əməkdaşlığa, eləcə də mədəni əsaslara söykəndiyi vurğulanıb. Tərəflər Azərbaycan-Pakistan hərbi əməkdaşlığının cari vəziyyətini müzakirə edib, bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin hərbi əlaqələrimizin yeni inkişaf perspektivləri müzakirə olunub.

Baxış sayı: 8 353

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə