Sumqayıtda qətl törədilib.


“ARHD.AZ” şəhər prokurorluğuna istinadən xəbər verir ki, martın 6-da Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə məlumat daxil olub.


İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.


Saxlanılan şəxsin qətlə yetirilən qadının əri olduğu bildirilib.

Baxış sayı: 2 674

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə