Media: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər

Bakı, 15 iyul, ARHD.AZ





Media: Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər


ABŞ Prezidenti Donald Tramp ATACMS raketləri ilə Rusiyanın içərilərinə zərbələr endirmək üçün Ukraynaya icazə verə bilər.

ARHD.AZ xəbər verir ki, “The Washington Post” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ dövlət başçısının Kiyevin ehtiyaclarını qarşılamaq üçün əlavə ATACMS raketlərinin tədarükü barədə göstəriş verməsi də gözlənilir. Mənbələrdən birinin sözlərinə əsasən, Pentaqon artıq bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinə ATACMS raketlərindən istifadə etməklə Rusiyaya genişmiqyaslı zərbələr endirmək icazəsi verilməsinin vacibliyini vurğulayır.

Qeyd edək ki, iyulun 14-də Donald Tramp Avropa ölkələrinin bu tədarükləri maliyyələşdirəcəyi təqdirdə, Vaşinqtonun Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcəyini bildirib. O, tədarükün koordinasiyasının NATO tərəfindən həyata keçiriləcəyini bəyan edib.

ABŞ Prezidenti, həmçinin Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik idxal rüsumlarının tətbiqinin planlaşdırıldığını deyib. Müvafiq qərar 50 gün ərzində Ukrayna münaqişəsi ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə qüvvəyə minə bilər.

Baxış sayı: 5 652

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə