Azərbaycan və Özbəkistan birgə layihələrin icrası barədə fikir mübadiləsi aparıb

Bakı, 17 aprel, ARHD.AZ



Azərbaycan və Özbəkistan birgə layihələrin icrası barədə fikir mübadiləsi aparıb


İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla videokonfrans formatında görüşüb.

Nazirlikdən ARHD.AZ-a verilən məlumata görə, görüşdə dost Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siyasi iradəsinin, yüksəksəviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb.

Qeyd edilib ki, ölkələrimiz arasında investisiya qoyuluşu, Azərbaycanın sənaye zonaları, xüsusilə də Qarabağda qida və sənaye üzrə birgə istehsalın təşkili və s. istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial var. Bu imkanların reallaşdırılması istiqamətində işlər davam etdirilir.

Tərəflər Azərbaycan - Özbəkistan iqtisadi əlaqələrinin intensiv inkişafını məmnunluqla qeyd edərək, sərmayələr sahəsində əməkdaşlığın inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüblər.

Görüş çərçivəsində Azərbaycan - Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib. İclasda qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Baxış sayı: 5 440

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə