Bolqarıstan hökuməti yaşıl enerji sahəsində Azərbaycanın da iştirak etdiyi memorandumu təsdiqləyib

Bakı, 2 aprel, ARHD.AZ



Bolqarıstan hökuməti yaşıl enerji sahəsində Azərbaycanın da iştirak etdiyi memorandumu təsdiqləyib


Bolqarıstan hökuməti Bolqarıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin enerji nazirlikləri arasında yaşıl enerjinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun layihəsini təsdiqləyib.

ARHD.AZ xəbər verir ki, bu barədə Bolqarıstan BTA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, memorandumun tərəfləri birgə yaşıl enerji layihələrini təşviq etmək, lazımi infrastruktur qurmaq, bilik və texnologiya mübadiləsini sürətləndirmək və qarşılıqlı faydalı təşəbbüsləri təşviq etmək barədə razılığa gəliblər.

Dörd ölkənin enerji nazirlikləri sistemlər arasında əlaqəni təkmilləşdirmək imkanlarının araşdırılması, elektrik enerjisinin ötürülməsi və ticarət imkanlarının genişləndirilməsi üçün birgə investisiya layihələrinin həyata keçirilməsində dövlət və özəl sektor qurumları arasında daha sıx əlaqələri asanlaşdıracaq.

Memorandumda enerji infrastrukturunun təkmilləşdirilməsi və bərpaolunan enerjidən istifadənin artırılması nəzərdə tutulur.

Memorandum üç il müddətinə bağlanılıb və tərəflərdən hər hansı biri onu ləğv etməyi qərara almazsa yenidən növbəti üç il üçün qüvvədə olacaq.

Baxış sayı: 7 666

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə