
Bakı, 2 aprel, ARHD.AZ
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
ARHD.AZ AMB-yə istinadla xəbər verir ki, bu il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11 milyard 26,5 milyon dollar təşkil edib.
Bu, ötən ay ilə müqayisədə 34,7 milyon dollar çoxdur.