Bakı. ARHD.AZ



Ötən il Azərbaycandan Aİ-yə qaz ixracının aylıq dinamikası açıqlandı (ÖZƏL)


2024-cü ildə Azərbaycan Avropa İttifaqına (Aİ) 4,35 milyard avro dəyərində 11,6 milyard kubmetr təbii qaz ixrac edib.

Bu barədə ARHD.AZ-ə Aİ-nin Statistika İdarəsindən (Eurostat) məlumat verilib.

İxrac həcminin və dəyərinin aylıq bölgüsü aşağıdakı kimidir:

Ay

Həcm (milyard kubmetr)

Dəyər (€)

Yanvar

0,989

369 333 936

Fevral

0,943

306 966 321

Mart

1,002

302 352 995

Aprel

0,936

291 707 911

May

1,007

328 522 529

İyun

0,980

345 622 652

İyul

0,995

374 137 343

Avqust

0,748

266 037 440

Sentyabr

0,899

375 570 498

Oktyabr

1,044

431 324 372

Noyabr

1,010

452 134 548

Dekabr

1,051

504 713 528

Ümumilikdə

11,6

4,35 milyard

Qaz ixracının pik həddi dekabrda qeydə alınıb – 1,051 milyard kubmetr, 504,7 milyon avro məbləğində.

Ən az tədarük həcmi avqustda baş verib - 0,748 milyard kubmetr, gəliri isə 266 milyon avro təşkil edib.

Avropa Azərbaycandan qazı Cənub Qaz Dəhlizinin yekun hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə idxal edir. Onun ilkin gücü ildə 10 milyard kubmetr təşkil edir və 20 milyard kubmetrə qədər artırılması mümkündür.

Baxış sayı: 5 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə