22 mart 2025 ARHD.AZ

Bakı və Sofiyada Bolqarıstan və Azərbaycanın turizm imkanlarının təqdimatı keçirilə bilər


Bolqarıstanın turizm naziri Miroslav Borşoş Azərbaycanın bu ölkədə səfiri Hüseyn Hüseynovla turizm sahəsində ikitərəfli münasibətlərin inkişafının imkanlarını müzakirə edib.

“ARHD.AZ”un Bolqarıstanın Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, tərəflər turizm sahəsində mübadilə prosesinin inkişafı üçün tədbirləri nəzərdən keçiriblər.

Görüşdə Bakı və Sofiyada 2025-ci ildə Bolqarıstanın və Azərbaycanın turizm imkanlarının təqdimatının keçirilməsi təklif olunub.

Nazirliyin xəbərində qeyd olunub ki, Bolqarıstan Azərbaycanla əməkdaşlığın dərinləşməsi üçün səylərini davam etdirəcək.

Səfir H.Hüseynov turizm sahəsində əlaqələrin dərinləşməsinin üstünlüklərini vurğulayaraq, bildirib ki, Azərbaycan və Bolqarıstanın bu sferada böyük potensialları var.

Baxış sayı: 5 327

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə