Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,1 faiz artıb

Naxçıvan, 18 mart, ARHD.AZ



Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,1 faiz artıb


Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən ARHD.AZ-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci ilin yanvar-fevral ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 64,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.

Naxçıvanda ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi də uğurla davam etdirilir. İndiyədək muxtar respublikada “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu ilin yanvar-fevral aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 14 faiz artaraq 242,2 min manat olub.

Baxış sayı: 5 652

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə