Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.


“ARHD.AZ” xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə İrlandiya seçməsinin qonağı olub.


Dublindəki “Milli Basketbol Arenası”nda təşkil olunan qarşılaşma yığmanın 76:75 hesablı qələbəsi ilə yekunlaşıb.


Komandamız növbəti görüşünü martın 2-si doğma meydanda Şimali Makedoniya seçməsinə qarşı keçirəcək.


Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olub.

Baxış sayı: 2 554

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə