Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib

Bakı, 12 mart, ARHD.AZ



Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib


17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.

AFFA-dan ARHD.AZ-a verilən məlumata görə, B Liqasının 2-ci qrupunda yer alan komanda Lüksemburq yığması ilə üz-üzə gəlib. “ASCO Arena”da təşkil olunan qarşılaşma qonaq komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda Bolqarıstan seçməsi Malta üzərində 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, U-17 millimiz qrupda ikinci oyununu martın 15-də, eyni arenada Bolqarıstan seçməsinə qarşı keçirəcək.

Baxış sayı: 4 360

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə