Bakı, 9 sentyabr, ARHD.AZ
DÇ-2026: Azərbaycan millisi doğma meydanında Ukrayna ilə qollu heç-heçə edib
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb.
ARHD.AZ xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.
Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.
21:32
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ikinci qol vurulub.
ARHD.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 72-ci dəqiqəsində komandamızın heyətində Emin Mahmudov fərqlənib – 1:1.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
21:14
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda hesab açılıb.
ARHD.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 51-ci dəqiqəsində rəqibin heyətində Georgi Sudakov fərqlənib.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
21:06
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ikinci hissə başlayıb.
ARHD.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün ilk yarısından sonra hesab açılmayıb.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
20:49
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyununda ilk hissə başa çatıb.
ARHD.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşdə komandalar fasiləsinə qolsuz heç-heçə ilə yollanıblar.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.
20:00
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başlayıb.
ARHD.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.
Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.






















