Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub

Bakı, 4 aprel, ARHD.AZ




Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub


Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman-sağlamlıq klubunda taekvondo üzrə U-21 ölkə çempionatına yekun vurulub.

ARHD.AZ xəbər verir ki, yarışda 165 taekvondoçu (107 kişi, 58 qadın) çempionluq uğrunda mübarizə aparıb.

Yarışın ilk günündə kişilər arasında 58, 63, 68, 87, qadınlar arasında 46, 49 və 73 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Çempionatın ikinci günündə kişilər arasında 54, 74, 80, +87, qadınlar arasında 53, 57, 62, 67 və +73 kiloqram çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gəlib.

Baxış sayı: 4 341

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə