Azərbaycanın olimpiya mükafatçısı taekvondo üzrə beynəlxalq turnirdə 2-ci yeri tutub

Bakı, 17 mart, ARHD.AZ


Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilmiş “Belgian open” turnirində 6 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından ARHD.AZ-a verilən məlumata görə, bunlardan 1-i qızıl, 1-i gümüş, 4-ü bürünc mükafatdır.

Bəhruz Quluzadə (54 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedov (63 kiloqram) ikinci, Xıdır Məmmədov (54 kiloqram), Səyyad Dadaşov (58 kiloqram), Eltac Qafarov (87 kq) və Səmərrux Osmanova (49 kiloqram) üçüncü yeri tutub.

Baxış sayı: 2 507

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə