Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Bakı, 14 mart, ARHD.AZ



Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb


Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatına yekun vurulub.

ARHD.AZ xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.

Ruslan Nurullayev (72 kiloqram) finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışda bürünc medal qazanan Ruslan bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nurullayev 3:2 hesablı qələbə ilə Albaniyada himnimizin 4-cü dəfə səslənməsinə nail olub.

Elmin Əliyevin (82 kiloqram) debüt etdiyi yarışda medal qazanmaq arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə finlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.

Baxış sayı: 5 432

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə