Bakı, 31 yanvar, ARHD.AZ


 

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) müraciətinə cavab verib.

Bu barədə ARHD.AZ-a MOK-un mətbuat xidmətindən bildirilib.

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edən və medal qazanan Azərbaycan idmançılarından 5 nəfərin medalları keyfiyyətini itirib. Bu idmançıların müraciəti əsasında Milli Olimpiya Komitəsində lazımi araşdırmalar aparılıb və nəticəsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi məktubla müraciət olunub.

IOC-dan Milli Olimpiya Komitəsinə məlumat verilib ki, mükafat qazanan idmançılar haqqında məlumatlar və keyfiyyətini itirmiş medalların müxtəlif formalarda şəkilləri Beynəlxalq Olimpiya Komitəsinə göndərilsin. “IOC müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək”, - deyə MOK-a göndərilən məktubda bildirilib.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında medal qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kiloqram), boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medalları keyfiyyətini itirib.

Baxış sayı: 5 644

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]