“Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli araşdırma aparılır”.


ARHD.AZ  “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim “Ədalət və İnkişaf” partiyasının iclasında çıxışı zamanı danışıb.


Onun sözlərinə görə, ölkənin Milli Müdafiə Nazirliyi məsələ ilə bağlı ictimaiyyətə detallı açıqlama verəcək.


Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarə qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 20 hərbçi həlak olub.

Baxış sayı: 3 316

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə