Türkiyənin Gürcüstanda qəzaya uğrayan “C-130” tipli təyyarəsinin göyərtəsində hərbi sursat olmayıb.


ARHD.AZ  “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. 


Bildirilib ki, hərbi yük təyyarəsinin göyərtəsində hərbi personal və təyyarənin texniki xidmət avadanlıqları olub. 


Bununla yanaşı, qeyd olunub ki, noyabrın 12-dən etibarən ehtiyat tədbiri olaraq Türkiyədə “C-130” təyyarələrinin uçuşları dayandırılıb: “Bütün texniki yoxlamalar həyata keçirildikdən sonra təyyarələrin uçuşları bərpa ediləcək”.


Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarə qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 20 hərbçi həlak olub.

Baxış sayı: 2 823

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə