Xəbər verdiyimiz kimi, göyərtəsində 20 nəfər hərbçinin olduğu Türkiyəyə məxsus C-130 tipli hərbi təyyarə Gürcüstan ərazisində qəzaya düşüb.


ARHD.AZ  “A haber”ə istinadən xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə səhər saat 09:50-də Trabzondan havaya qalxan təyyarə saat 11:06-da Gəncəyə enib.


Planlaşdırılmış prosedurlara uyğun olaraq, təyyarə saat 13:20-də Türkiyəyə geri dönüş reysi üçün yenidən Gəncədən havaya qalxıb.


Lakin havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və radar siqnalı itib.


Gürcüstan KİV-də yer alan ehtimallara görə, ekipaj nasazlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib lakin naviqasiya GPS sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib.

Baxış sayı: 2 881

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə