Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin silahlı qüvvələrinə məxsus "C-130" hərbi təyyarəsinin qəzaya uğraması barədə danışıb.


ARHD.AZ  xəbər verir ki, bu barədə "Hürriyet" məlumat yayıb.


"Azərbaycandan ölkəmizə gələn təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığını dərin kədərlə öyrəndik. Axtarış-xilasetmə işlərini müvafiq orqanlarla əlaqələndirməyə davam edirik. Ümid edirik ki, bu qəzadan ən az itki ilə çıxacağıq. Allah şəhidlərimizə rəhmət eləsin və dualarımız onlarla birlikdədir", - deyə dövlət başçısı bəyan edib.


Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus "C-130" hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Baxış sayı: 3 759

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə