Türkiyənin "C-130" hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda qəzaya uğrayıb.


ARHD.AZ  xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.


Qeyd olunur ki, hadisə Siqnaqi bələdiyyəsində baş verib.


Qəza ilə bağlı artıq araşdırmalara başlanılıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə aparılır. Həmin maddə hava nəqliyyatı hərəkətinin və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.


Qəzanın səbəbi və təyyarədəki hərbçilərin sayı barədə məlumat hələlik açıqlanmayıb.


Türkiyənin daxili işlər naziri Ali Yerlikaya isə gürcüstanlı həmkarı Gela Geladze ilə telefonla danışdığını və onun hadisə yerinə getdiyini açıqlayıb.


16:36


"Azərbaycandan ölkəmizə gəlmək üzrə havaya qalxan "C-130" hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb".


ARHD.AZ  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.


Qeyd edilib ki, axtarış-xilasetmə işlərinə Azərbaycan və Gürcüstan qurumları ilə koordinasiyalı şəkildə başlanılıb.

 

Baxış sayı: 3 716

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə